“Bitcoin”in qiyməti 81 min dollara yaxınlaşıb İqtisadiyyat

“Bitcoin”in qiyməti 81 min dollara yaxınlaşıb

Son 24 saatda kriptovalyuta bazarında fərqli istiqamətli dəyişikliklər müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, "CoinMarketCap" platformasında bazarın lideri olan “Bitcoin”in (BTC) qiyməti 0,65% artaraq 80 861 dollar olub.

“Ethereum”un (ETH) qiyməti 0,44% azalaraq 2 379 dollar, BNB-nin qiyməti 1,07% azalaraq 626 dollar, “Bitcoin Cash”in (BCH) qiyməti isə 1,18% azalaraq 443 dollar olub.

Paralel olaraq qızıla indekslənmiş “Tether Gold” (XAUT) 1,50% ucuzlaşaraq 4 529 dollar, “PAX Gold” (PAXG) 1,53%ucuzlaşaraq 4 528 dollar səviyyəsində qərarlaşıb.

Digər tərəfdən, “Zcash” (ZEC) 2,10% bahalaşaraq 427 dollar, “Monero” (XMR) 1,75% bahalaşaraq 404 dollar olub.

Ümumilikdə isə qlobal kriptovalyuta bazarının kapitallaşması sutka ərzində 0,31% artaraq 2,67 trln. dollar təşkil edib.

Analitiklərə görə, qarışıq dinamika əsasən ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilərin dəyişməsi fonunda riskli aktivlərə marağın selektiv şəkildə artması, həmçinin son günlərdə qeydə alınan yüksəlişdən sonra bəzi altkoinlərdə mənfəət götürülməsi ilə əlaqədardır.