Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında əsas indekslər üzrə mənfi dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, Dow Jones sənaye indeksi 1,13% azalaraq 48 941,90 bəndə, S&P 500 indeksi 0,41% geriləyərək 7 200,75 bəndə, Nasdaq Composite indeksi 0,19% azalaraq 25 067,80 bəndə düşüb. NYSE Composite indeksi 0,64% azalaraq 22 893,46 bəndə, Kanadanın S&P/TSX Composite indeksi isə 0,74% azalaraq 33 638,87 bəndə enib.

Avropa fond bazarlarında da əsas indekslər üzrə eniş qeydə alınıb. Euro Stoxx 50 indeksi 2,00% azalaraq 5 763,61 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,14% geriləyərək 10 363,93 bəndə düşüb. Almaniyanın DAX indeksi 1,24% azalaraq 23 991,27 bəndə, Fransanın CAC 40 indeksi 1,71% azalaraq 7 976,12 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 2,39% azlaraq 17 356,10 bəndə düşüb.

Asiya-Sakit okean regionunda isə qarışıq dinamika müşahidə olunub. Yaponiyanın Nikkei 225 indeksi 0,38% artaraq 59 513,12 bəndə, Topix indeksi 0,04% yüksələrək 3 728,73 bəndə çatıb. Honq Konqun Hang Seng indeksi 1,30% azalaraq 25 755,82 bəndə, Çinin CSI 300 indeksi 0,06% geriləyərək 4 807,31 bəndə düşüb. Avstraliyanın S&P/ASX 200 indeksi 0,38% azalaraq 8 664,00 bəndə enib, MSCI Asia Pacific indeksi isə 2,05% artaraq 261,89 bəndə yüksəlib.