Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
WUF13: Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6000-ə qədər iştirakçını qəbul edə biləcək
ABŞ nümayəndə heyəti TRIPP üzrə görülən işləri müzakirə etmək üçün Ermənistandadır
Prezident Bakı Olimpiya Stadionunda WUF13 ilə bağlı görülən işlərlə tanış olub
ÜST: Azərbaycanda yaşayan gəmiricilər arasında hantavirusa rast gəlinmir
5 May 10:15
3 885
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, aparıcı bədii kollektivlərin iştirakı ilə gerçəkləşən ölkə miqyaslı qastrol proqramı davam edir.
Layihə çərçivəsində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri mayın 5-də Xaçmaz şəhərində konsert proqramı ilə çıxış edəcək.
Saat 16:00-da Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Xalq artisti, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Antonio Salyeri, Asəf Zeynallı, Vasif Adıgözəlov, Hacı Xanməmmədov və digər bəstəkarların əsərləri səsləndiriləcək.
Qeyd edək ki, qastrol proqramının əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının təmin olunmasıdır. Layihə eyni zamanda milli incəsənətin regionlarda daha geniş təqdimatına və gənclərin mədəni proseslərə fəal cəlb olunmasına xidmət edir.
Cavid
11 May 22:18
1 351
11 May 10:56
1 659
8 May 16:45
2 702