Dünya bazarlarında “Brent” neftinin qiyməti 114 dollardan aşağı düşüb İqtisadiyyat

Dünya bazarlarında “Brent” neftinin qiyməti 114 dollardan aşağı düşüb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 1,01% azalaraq 1 barelə görə 113.28 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti isə 1,88% azalaraq 104.42 ABŞ dollarına bərabər olub.