CENTCOM: 87 ölkənin gəmisi Hörmüz boğazından keçid üçün növbədədir Gündəm

CENTCOM: 87 ölkənin gəmisi Hörmüz boğazından keçid üçün növbədədir

Hazırda 87 ölkəyə məxsus yük gəmiləri Hörmüz boğazından keçmək üçün Fars körfəzində növbə gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin bəyanatında bildirilir.

Komandanlığın saytında dərc olunan bəyanatda Kuper qeyd edib: "Hazırda Fars körfəzində olan gəmilər dünyanın 87 ölkəsinin maraqlarını təmsil edir".

O əlavə edib ki, son sutka ərzində komandanlıq onlarla gəmi sahibinə və gəmiçilik şirkətinə müraciət edərək, onlara Hörmüz boğazından təhlükəsiz keçid zəmanəti verib.

Məryəm Quliyeva