Pentaqon İran müharibəsində "MQ-9" dronlarının təxminən beşdə birini itirib Dünya

Pentaqon İran müharibəsində "MQ-9" dronlarının təxminən beşdə birini itirib

İran müharibə başlayandan bəri ABŞ hərbçiləri tərəfindən idarə olunan 20-dən çox "MQ-9 Reaper" pilotsuz uçuş aparatını məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adının açıqlanmasını istəməyən mənbələrə istinadən məlumat yayıb.

İtkilər təxminən 1 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da Pentaqonun müharibədən əvvəlki sözügedən dron parkının təxminən 20%-ni təşkil edir.

"Bloomberg"in məlumatına görə, pilotsuz təyyarələrin bir hissəsi uçuş zamanı İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, digərləri ABŞ obyektlərinə təşkil olunan raket zərbələri zamanı yerdə məhv edilib, bəziləri isə istismar qəzaları nəticəsində itirilib.

Məryəm Quliyeva