İran Hörmüzlə bağlı saziş üzərində Omanla işlədiyini açıqlayıb Dünya

İran Hörmüzlə bağlı saziş üzərində Omanla işlədiyini açıqlayıb

ABŞ-ın Maskata göstərdiyi təzyiqlərə baxmayaraq, İran və Oman Hörmüz boğazının idarə olunmasına dair sazişin hazırlanması üzərində işi davam etdirirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Məclisinin (parlamentinin) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi məlumat verib.

"Müzakirələr davam edir və İran ilə Omanın Hörmüz boğazını birgə necə idarə edəcəyinə dair çərçivə sazişinin hazırlanmasına yönəlib. ABŞ tərəfindən edilən təzyiqlərə baxmayaraq, omanlılar da bu prosesə sadiq qalır və orada aktiv şəkildə iştirak edirlər", — deyə o, "Mehr" agentliyinə müsahibəsində bildirib.

İranlı deputat vurğulayıb ki, Hörmüz boğazını necə idarə edəcəklərinə yalnız İran və Oman qərar verə bilər və başqa heç bir tərəfin bu prosesə müdaxilə etmək hüququ yoxdur.

Məryəm Quliyeva