10 İyun 11:18
1 743
İran, ABŞ-ın islam respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı hücumlarından sonra özünümüdafiə tədbirləri görmək hüququna malikdir.
Xalqcebhesi.az xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi türkiyəli və səudiyyəli həmkarları Hakan Fidan və Feysəl bin Fərhan Al Səud ilə telefon danışıqları zamanı bəyan edib.
İran xarici siyasət idarəsinin mətbuat xidmətinin "Telegram" kanalında dərc olunmuş məlumata görə, Əraqçi danışıqlarda "ABŞ-ın İrana qarşı törətdiyi hərbi təcavüzü, həmçinin Amerika tərəfinin islam respublikasının milli suverenliyini və ərazi bütövlüyünü pozmasını pisləyib" və Tehranın "ayrılmaz qanuni özünümüdafiə hüququna" malik olduğunu vurğulayıb.
Məryəm Quliyeva