Lavrov və Əraqçi İranla ABŞ arasındakı memorandumu müzakirə ediblər Gündəm

Lavrov və Əraqçi İranla ABŞ arasındakı memorandumu müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı ABŞ ilə münaqişənin nizamlanmasına dair İran-Amerika memorandumunu müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Telefon danışığı zamanı İranın xarici işlər naziri anlaşma memorandumunun detallarını izah edib, Birləşmiş Ştatların sənədin müddəalarının düzgün icrasına görə daşıdığı məsuliyyəti və sionist rejimin (İsrail nəzərdə tutulur — red.) Livana qarşı təcavüzünün tamamilə dayandırılmasının vacibliyini vurğulayıb", — deyə İran diplomatiya idarəsinin bəyanatında bildirilir.

İslam Respublikasının XİN-dən qeyd ediblər ki, Lavrov və Əraqçi həmçinin ikitərəfli münasibətlərin bəzi məsələlərinə və Yaxın Şərq gündəliyinə də diqqət ayırıblar.

Məryəm Quliyeva