10:05
1 099.jpg)
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında radikal Fələstin hərəkatı HƏMAS-ın hərbi qanadına mənsub dörd silahlı radikalı zərərsizləşdirdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Ordusu Qəzza zolağının şimal hissəsində İsrail qoşunlarına qarşı hücumlar hazırlayan HƏMAS hərbi qanadının dörd terroristini zərərsizləşdirib", — deyə bəyanatda bildirilir. Qurumun məlumatına görə, HƏMAS-ın bir taqım komandiri, bir snayperi və tankəleyhinə bölməsinin iki döyüşçüsü məhv edilib.
Bundan əlavə, mətbuat xidməti əlavə edib ki, SAXAL "zərbələrlə HƏMAS-ın İsrail qoşunlarına və dinc əhaliyə qarşı hücumlar hazırlamaq üçün istifadə etdiyi raket qurğularını sıradan çıxarıb".
Məryəm Quliyeva