Marko Rubio 2028-ci il seçkilərində namizədliyini Cey Di Vensə güzəştə gedə bilər Dünya

Marko Rubio 2028-ci il seçkilərində namizədliyini Cey Di Vensə güzəştə gedə bilər

Əgər ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vens 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq niyyətini ifadə edərsə, ABŞ Dövlət katibi Marko Rubio öz namizədliyini irəli sürməyi planlaşdırmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət katibinin yaxın ətrafındakı mənbələrə istinadən "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Rubio müşavirləri və köməkçiləri ilə söhbətlərində yerini Vensə güzəştə getmək niyyətində olduğunu dəfələrlə dilə gətirib. Bununla belə, AP-nin qeyd etdiyi kimi, eyni zamanda həm Dövlət katibi, həm də prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifələrini icra edən Rubio, son aylarda Ağ Evin Milli Təhlükəsizlik Şurasındakı mühüm postlara öz tərəfdaşlarını yerləşdirərək aparat daxilindəki mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Məryəm Quliyeva