13:48
931.jpg)
Venesuela hakimiyyəti La-Quayra ştatında zəlzələlər nəticəsində uçmuş binaların dağıntıları altından tapılan əmlakı mənimsəməkdə ittiham olunan dörd hüquq-mühafizə orqanı əməkdaşını saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Europa Press" agentliyi məlumat yayıb.
Məlumata görə, polislər orqanlardan xaric edilib və barələrində məhkəmə araşdırması aparılacaq. Sentyabr ayında "El Nacional" qəzeti La-Quayra ştatında çoxsaylı qarətçilik halları barədə məlumat vermişdi.
Məryəm Quliyeva