Suriya Prezidenti BƏƏ və Qətər rəhbərləri ilə regional sabitliyi müzakirə edib​​​​​​​ Gündəm

Suriya Prezidenti BƏƏ və Qətər rəhbərləri ilə regional sabitliyi müzakirə edib​​​​​​​

Suriya Prezidenti Əhməd əl-Şaraa Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışıqları aparıb.

Xalqcebhesi.az "SANA"ya istinadən xəbər verir ki, BƏƏ rəhbəri ilə söhbət zamanı tərəflər iqtisadiyyat, investisiya və inkişaf sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, habelə regional gündəliyi və Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində birgə səyləri müzakirə ediblər.

Qətər Əmiri ilə danışıqlar zamanı isə əsas diqqət qarşılıqlı anlaşma memorandumu çərçivəsində ABŞ və İran arasındakı danışıqlar ətrafında baş verən son hadisələrə yönəldilib. Əl-Şaraa və Al Tani gərginliyin azaldılması və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün diplomatik səylərin, koordinasiyanın və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Məryəm Quliyeva