11:51
721
Makronun Suriyaya səfəri Avropa ölkələrinin Dəməşqdəki yeni administrasiyaya dəstəyini, eləcə də ölkəyə olan marağını nümayiş etdirir.
Bunu xalqcebhesi.az-a Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci Fransa Prezidenti Makronun Suriyaya səfərinə münasibətində deyib.
"Qələbədən sonra Fransa kimi bir dövlətin prezidentinin Suriyaya səfəri tarixi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Fransa Birinci Dünya ilə İkinci Dünya müharibələr arasındakı dövrdə bir çox ölkəni müstəmləkə etmişdi. Lakin Soyuq Müharibə dövründə bu ölkələrin bir çoxunda mövqelərini itirdi. Bu gün Fransa öz mövqeyini bərpa etməyə çalışır" - millət vəkili qeyd edib.
O, bildirib ki, Fransanın bölgəyə olan marağı digər Avropa ölkələri ilə müqayisədə çoxdan mövcuddur; xüsusilə də onun Livan və Suriyadakı xristian icmaları ilə tarixi əlaqələri var. Suriya inqilabı başladıqdan sonra, PKK-nı da dəstəkləyən Fransa Suriyada cərəyan edən hadisələrə müdaxilə etməyə başladı: "Bu gün o, Yeni Suriyada güc və təsir əldə etmək məqsədilə bu ölkə ilə sıx münasibətlər qurmağa çalışır".
Cavid