Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiqlənib - FƏRMAN Siyasət

Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiqlənib - FƏRMAN

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş" təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana görə, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2026-cı il mayın 18-də Bakıda imzalanıb.