16:14
924
Avropa İttifaqı Ukraynaya təqdim olunan 2026-2027-ci illər üçün 60 milyard avroluq Avropa hərbi maliyyələşdirmə proqramı çərçivəsində Kiyevə Böyük Britaniyadan silah almağa icazə verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Avropadakı mənbələrinə istinadən məlumat yayıb.
"Aİ Ukraynaya hərbi ehtiyaclar üçün ayırdığı 60 milyard avroluq proqram çərçivəsində Britaniya silahları almağa icazə vermək niyyətindədir. Avropa İttifaqı Böyük Britaniya hökuməti ilə razılığa gəlməyə yaxındır ki, Britaniya şirkətləri bu proqramdan faydalana bilsinlər", — deyə agentlik qeyd edib.
Məlumata görə, Avropa Komissiyası Böyük Britaniya hökumətindən tələb edir ki, Kiyev hər dəfə Britaniya silahlarını almaq üçün Avropa pullarından istifadə etməyə icazə istədikdə, London da Ukraynanın həmin silah sifarişinin maliyyələşdirilməsində iştirak etsin.
Məryəm Quliyeva