Deputat Azər Allahverənov növbəti vətəndaş qəbulunu keçirib Cəmiyyət

Deputat Azər Allahverənov növbəti vətəndaş qəbulunu keçirib

Milli Məclisin deputatı Azər Allahverənov cari ay üzrə növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı məşğulluq, maliyyə məsələləri, ictimai birliklərin fəaliyyəti, Türk dövlətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eləcə də digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xalqcebhesi.az xəbər verir ki, vətəndaşlar onları narahat edən məsələlərin həlli istiqamətində müraciət və təkliflərini deputatın diqqətinə çatdırıblar.
Deputat Azər Allahverənov vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bildirib ki, qaldırılan hər bir məsələ ətraflı araşdırılacaq, aidiyyəti dövlət qurumları qarşısında qaldırılacaq və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi üçün müvafiq nəzarət həyata keçiriləcək.

Cavid