Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib Dünya

Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib

May ayının əvvəlindən bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə 800-dən çox kommersiya gəmisi Hörmüz boğazından keçib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

Komandanlığın bəyanatında qeyd olunur: "Mayın əvvəlindən bəri ABŞ hərbçiləri 800-dən çox kommersiya gəmisinin və 380 milyon barel xam neftin uğurlu tranzitinə şərait yaradıblar".

Nazirlik həmçinin İranın dövlət mediasının Hörmüz boğazından ticarət gəmilərinin tranzitinin hazırda yalnız Tehran tərəfindən təsdiqlənmiş marşrutla həyata keçirildiyi barədə iddialarını təkzib edib.

"İran Hörmüz boğazına nəzarət etmir", — deyə CENTCOM-dan əlavə ediblər.

Məryəm Quliyeva