12:10
665
ABŞ-nin İrana yenidən zərbələr endirməsi Amerika administrasiyasının bəzi üzvləri arasında qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adını alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "New York Post" (NY Post) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, bu cür adlandırma administrasiyanın bəzi nümayəndələrinin "ağrılı, lakin sürətli" hərbi əməliyyatlara ümid etdiyini göstərir. Ağ Evdəki mənbə qəzetə bildirib: "O, yəni ABŞ Prezidenti Donald Tramp hər şeyin artıq bitməsini istəyir. Lakin İran gəmiləri vurduğu halda, o, əllərini qatlayıb oturmayacaq".
NY Post yazır ki, "Şillə" adından bəzi yüksəkvəzifəli məmurlar danışıqlarda və elektron poçt yazışmalarında istifadə edirlər. Bununla belə, bəzi mənbələr belə bir addan xəbərsiz olduqlarını bildiriblər. Rəsmi olaraq isə əməliyyat "Epik Qəzəb" adını alıb.
Məryəm Quliyeva