12:13
637
Ukraynanın Dnepropetrovsk, Sumı və Xarkov vilayətlərində elektrik enerjisinin kəsilməsi müşahidə olunur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, KXMR-in (Donetsk Xalq Respublikasının) Kiyevin nəzarəti altında olan ərazilərindəki istehlakçılar da işıqsız qalıb. Energetika Nazirliyindən əlavə ediblər ki, "Əlverişsiz hava şəraiti səbəbindən Dnepropetrovsk və Sumı vilayətlərində 16 yaşayış məntəqəsi elektrik təchizatsız qalıb".
Məryəm Quliyeva