13:54
1 001
Suriya türkmənlərindən ibarət heyət Kilis valisi cənab Ömər Kalaylıya nəzakət səfəri edib.
Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci deyib ki, bu yaxınlarda yeni vəzifəsinin icrasına başlayan valiyə bu mühüm və yüksək məsuliyyətli işində böyük uğurlar arzulayır, onun fəaliyyət dövrünün faydalı olacağına ümid edirik:
"Səfərimiz zamanı Türkiyədə yaşayan suriyalılar, xüsusilə də türkmən soydaşlarımızla bağlı bir sıra məsələləri müzakirə etdik. Suriya-Türkiyə əlaqələrinin daha da möhkəmləndirilməsi, sərhəd keçid məntəqələrində planlaşdırılan yeni tənzimləmələr və təkmilləşdirmələr, həmçinin regional proseslər ətrafında səmərəli fikir mübadiləsi apardıq.
Göstərdiyi xoş qəbula, səmimi qonaqpərvərliyə və konstruktiv yanaşmaya görə Kilis valisi cənab Ömər Kalaylıya təşəkkürümüzü bildirir; ona, dəyərli komandasına və bütün əməkdaşlarına vəzifələrində uğurlar arzulayırıq".
Cavid