19:30
336
İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz kommersiya gəmiçiliyinin təmin olunmasına dair birgə bəyanat yekun hazırlıq mərhələsindədir.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İran və Oman Hörmüz boğazına sahili olan iki dövlət kimi son iki ay ərzində boğazda kommersiya gəmiləri üçün təhlükəsiz marşrutun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparır.
Bəqai qeyd edib ki, bu müddət ərzində İranın aidiyyəti qurumları məsələnin texniki, hüquqi, təhlükəsizlik və ekoloji aspektlərini nəzərdən keçiriblər.
XİN sözçüsü danışıqları “peşəkar” və “ümidverici” adlandıraraq bildirib ki, tərəflərin razılaşdırdığı marşrutun coğrafi koordinatları müəyyən edilib.
“Əgər üçüncü tərəflər bu prosesə mane olmasa, əsas prinsipləri və razılaşmanın bəndlərini əks etdirən İran və Omanın birgə bəyanatı yaxın vaxtlarda yekunlaşdırılacaq”, – deyə Bəqai vurğulayıb.