21:36
427
Kanada hökuməti ABŞ-ın bu ölkədən idxal olunan avtomobillərə və avtomobil hissələrinə 50 faizlik gömrük rüsumu tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görəcəyini açıqlayıb.
Bunu Kanadanın sənaye naziri Melani Joli Ottavada keçirdiyi mətbuat konfransında bildirib.
“”Ford” Kanada, “Honda” Kanada və “Toyota” Kanada şirkətlərinin rəhbərləri ilə ABŞ-ın Kanada avtomobillərinə 50 faizlik rüsum tətbiq etmək təhdidi ilə bağlı əlaqə saxlamışam. Təbii ki, biz cavab tədbirləri görəcəyik”, - deyə Joli bildirib.
Kanada gələn aydan ABŞ-dan idxal olunan məhsullara təxminən 28 milyard dollar həcmində gömrük rüsumları tətbiq edəcək. Rüsumlar polad sənayesi, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, kağız-sellüloz sənayesi və elektronika sektorlarına şamil olunacaq.
Bundan əlavə, Kanada hökuməti ABŞ rüsumlarından zərər çəkən işçilərə və müəssisələrə dəstək üçün 7,5 milyard dollar ayıracaq.