Rusiyada Qaz Kimya Kompleksindəki yanğında Çin vətəndaşı ölüb, yaralı sayı 100-ü ötüb - FOTO - YENİLƏNİB Dünya

Rusiyada Qaz Kimya Kompleksindəki yanğında Çin vətəndaşı ölüb, yaralı sayı 100-ü ötüb - FOTO - YENİLƏNİB

Amur Qaz-Kimya Kompleksində baş verən yanğın nəticəsində 104 nəfər xəsarət alıb.

"Mash" Telegram kanalının xəbərinə görə, bir Çin vətəndaşı ölüb.

***

13:15

Amur Qaz Kimya Kompleksində baş verən yanğında bir nəfər ölüb.

REN TV-nin xəbərinə görə, hadisə nəticəsində ümumilikdə 87 nəfər təcili tibbi yardıma müraciət edib.

İlkin məlumata görə, yanğın piroliz qurğusunda baş verib, kompleksin əsas avadanlığına zərər dəyməyib.