13:48
343
Ermənistan parlamentinin sədri Ruben Rubinyan sabiq prezident Robert Köçəryanın saxlanılması və Baş Prokurorluğun ona qarşı irəli sürdüyü ittihamlarla bağlı danışıb.
Spiker Ermənistanın keçmiş prezidentini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək varlanmaqda ittiham edib.
“Liderinizin ailəsinin 40 milyon dramlıq bir ərazini başqa bir ərazi ilə dəyişdirərək əldə etməsinin türklə, qisasçılıqla, Ktriç Nersisyanla (katolikos II Qaregin – red.) nə əlaqəsi var? “Ermənistan” fraksiyası bunu necə izah edə bilər? Ümumiyyətlə, milli dəyərləri liderinizin oğurluğuna qalxan etməkdən heç yorulmamısınız? Əgər dürüstsünüzsə, gəlin deyin, həmin 1 milyard 700 milyon dram necə əldə edilib. Bəli, ədalət sizin kimilərdən xalqın qisasıdır”, - Rubinyan qeyd edib.
Parlamentin sədri vurğulayıb ki, Robert Köçəryandan və digər korrupsionerlərdən qisas alacaqlar: “Hamınızdan bir-bir qisas alacağıq.”