Rusiyanın dronla vurulan neft emalı zavodu fəaliyyətini dayandırdı Dünya

Rusiyanın dronla vurulan neft emalı zavodu fəaliyyətini dayandırdı

Rusiyanın Rostov vilayətində yerləşən “Novoşaxtinsk” neft emalı zavodu Ukrayna ordusunun dron hücumu nəticəsində zədələnib.

Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib.

O qeyd edib ki, neft emalı zavodunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

“Novoşaxtinsk” müəssisəsinin gücü ildə 7,5 milyon ton neft təşkil edir.