"Brent" markalı neftin qiyməti 17 avqustdan bəri ilk dəfə 89 dollardan aşağı düşdü - YENİLƏNDİ İqtisadiyyat

"Brent" markalı neftin qiyməti 17 avqustdan bəri ilk dəfə 89 dollardan aşağı düşdü - YENİLƏNDİ

Londonun ICE birjasında 2026-cı ilin oktyabr ayında təhvil veriləcək "Brent" markalı xam neftin fyuçerslərinin qiyməti 17 avqust 2026-cı il tarixindən bəri ilk dəfə bir barel üçün 89 dollardan aşağı düşüb.

"Brent" markalı neftin qiyməti 3,34% azalaraq bir barel üçün 89,09 dollar təşkil edib. "Brent"in noyabr fyuçerslərinin qiyməti isə 4,72% azalaraq bir barel üçün 87,6 dollara enib.

Eyni zamanda, WTI markalı xam neftin sentyabr fyuçerslərinin qiyməti 3,54% azalaraq bir barel üçün 82 dollar olub.

09:05

Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri 92.34 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0.09% ucuzlaşıb.

Eyni zamanda, WTI markalı neftin fyuçersləri 0.06% bahalaşaraq bir barel üçün 85.04 dollar olub.