ABŞ Hörmüzün açılması müqabilində İrandan sanksiyaların götürülməsini təklif edib Dünya

ABŞ Hörmüzün açılması müqabilində İrandan sanksiyaların götürülməsini təklif edib

ABŞ vasitəçilər vasitəsilə Hörmüz boğazının açılması və regiondakı proksi-qüvvələrin hücumlarının dayandırılması müqabilində İrandan sanksiyaların götürülməsini və iqtisadi blokadanın dayandırılmasını təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatlara görə, bu informasiyanı İran tərəfinə Pakistan ordusunun baş komandanı Asim Munir islam respublikasına səfəri zamanı çatdırıb. O, həmçinin Tehranı qarşılıqlı anlaşma memorandumu üzərində işləri bərpa etməyə çağırıb və İslamabadın bu münaqişədə heç bir tərəfi tutmadığını təsdiqləyib.

Məryəm Quliyeva