12:19
385
Yunanıstanın Qavdos adası sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ən azı bir nəfər həlak olub, daha 25 nəfər isə itkin düşmüş hesab olunur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yunanıstan Sahil Mühafizə Xidmətinə istinadən "Agence France-Presse" məlumat yayıb.
Gəminin göyərtəsində ümumilikdə 77 nəfər olub. Yaxınlıqdakı iki gəminin heyəti 51 nəfəri xilas edə bilib.
BMT-nin məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri Yaxın Şərq, Asiya və Afrika ölkələrindən Yunanıstana 22 mindən çox qeyri-qanuni miqrant gəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci il boyunca bu göstərici təxminən 49 min nəfər təşkil edib. 2026-cı ildə gələnlərin təxminən yarısı Liviyadan yola düşərək Krit adasına enib.
Məryəm Quliyeva