Fransada etirazlar başlayandan bəri 7 mindən çox insan saxlanılıb Gündəm

Fransada etirazlar başlayandan bəri 7 mindən çox insan saxlanılıb

Fransa polisi bahalaşmaya qarşı keçirilən nümayişlər fonunda oktyabrın 17-də baş verən iğtişaşlardan sonra ümumilikdə 7 mindən çox insanı saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen parlament komitəsində keçirilən dinləmələrdə bildirib.

"Aksiyaların keçirildiyi bütün həftəsonları, o cümlədən ötən həftəsonu ərzində 7 184 nəfər saxlanılıb ki, onlardan 4 523-ü yetkinlik yaşına çatanlar, 2 661-i isə yetkinlik yaşına çatmayanlardır", – deyə "LCP" telekanalı nazirin sözlərini sitat gətirib. O əlavə edib ki, hadisələrin araşdırılması zamanı 3 mindən çox iş açılıb və onlardan 2,3 mini məhkəməyə göndərilib.

Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın sonundan – məktəblilərin təhsil müəssisələrinin pis vəziyyətindən, dərs cədvəlinin həddindən artıq yüklənməsindən və bir sıra fənlər üzrə müəllim çatışmazlığından narazılıqlarını bildirərək məktəbləri bloklamağa başlamasından sonra davam edir. Oktyabrda isə əməkhaqlarının artırılmasını və hakimiyyətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edən həmkarlar ittifaqı təşkilatlarının etirazları başlayıb.

Məryəm Quliyeva