Qaşıqçı cinayəti – qlobal qətl və pərdəarxası məqamlar Dünya

Qaşıqçı cinayəti – qlobal qətl və pərdəarxası məqamlar

Dünyada çox ciddi proseslər baş verir, geosiyasi mənzərə dəyişir ki, bu da ciddi fəasdlara, qarşıdurmalara gətirib çıxarır. Hər gün yeni toqquşma ocaqları yaradılır ki, bəzən bunun məntiqi izahını tapmaq mümkün olmur. Baş verənlərlə təqdim olunanlar tamam fərqlidir. Transmilli KİV-in bizə təqdim etdiyi dünya ilə, gerçək dünya arasında çox ciddi fərqlər mövcuddur.
Biz dünyanın idarə olunması prosesi, həmişə bu proseisn mərkəzində olan dövlətlərdən biri - ABŞ-ın hazırki idarəçiliyinə yiyələnmiş təfəkkür tərzi barədə təsəvvürə sahib olmasaq pərdəarxası məqamları görməyimiz və hadisələrə real qiymət verməyimiz mümkün deyil.
Transmilli KİV-in baş verən qlobal hadisələr, eyni zamanda, Yaxın Şərqdəki proseslərlə bağlı dünya ictimaiyyətinə təqdim etdiyi informasiya və analitika həqiqətləri özündə əks etdirmir. Daha çox mahiyyət deyil, detallar və texniki məsələlər müzakirə olunur, ön plana çıxarılır.
Həqiqətənmi ABŞ və Rusiya və digər ölkələr kimi nəhənglər məsələn Suriya problemini çözmək iqtidarında deyillər? Bu nağıla inanmaq nə qədər mümkündür?
Fikrimcə biz, hadisələrə transmilli medianın təqdim etdiyi hazır analitika məhsulu ilə qiymət verməməliyik.
Dünya nizamı barəsindəki nəzəriyyələrlə, hazırda gersoiyasi proseslərdə aktiv rol alan liderlərin çıxışlarının müqayisəsini aparsaq həqiqətləri müəyyən qədər görməyimiz mükündür.
Baş verənlər onu deməyə əsas verir ki, yeni dünya düzənində ABŞ əvvəlki kimi supergüc olaraq qalmayacaq. Supergüc Çin olacaq və bununla da yeni qlobal iqtisadi, siyasi, hərbi güc mərkəzlərinin əsası qoyulacaq. Bunun işartılarını görmək mümkündür. Məsələn, NATO-nun faktiki dağılma təhlüksə ilə üz- üzə qalması, Çinin dünya bazarlarını ələ keçirməsi, ABŞ-ın xarici borcunun ilbəil artması, Vaşinqtonun cığal addımları, ağlasığmaz sanksiyaları və s.
Dünya cəbhələrə ayrılmış durumdadır. Bir qlobal oliqarxiyanın yeni dünya nizamına start verməsinin yanında yer alan və bu prosesdə öz maraqlarını təmin etməyə çalışan dövlətlər və ABŞ-ın hazırki idarəçiliyini ələ keçirən və ABŞ-ın güc mərkəzi olaraq qalmasını istəyən evangelistlər.
Geosiyasi proseslərdə aktiv rol alan liderlərin çıxışlarındakı tezislərə baxsaq sadalanan proseslərə məntiqi izah tapmaq mümkündür.
Dolların əslində Amerika dövlətinə deyil, qlobal oliqarxiya məxsus olması bütün dünyaya bəllidir və artıq qəbul olunmuş məsələdir. FED, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və s. kimi nəhəng qurumlar da qlobal oliqarxiyaya məxsusdur. Qlobal oliqarxiyanın başında dayananlar isə dünyaca məşhur Rotşild və Rokfellerə məxsus güc mərkəzləridir.


Dünyanı xaosa kimlər sürükləyir?


Evangelistlər isə hazırda ABŞ-ı idarə edirlər və öz dini inancları üzrərindən dünyaya təsir etməyə çalışırlar. Evangelistlər protestantlığın bir qoludur. Bu ideoloji düşüncəyə görə, Allah onları üstün yaradıb va onlar dünyaya tam olaraq hakim olmalıdırlar. Allah belə əmr edir. Bunun üçün isə dünya xaos mərhələsindən keçməli və qiyamət insanların əli ilə başlamalıdır. Qiyamətdən sonra isə İsa Məsih zühur edəcək və evangelistlər dünyaya tam olaraq hakim olacaqlar.
İndi biz dünyanın real mənzərəsinə baxırıqsa və baş verənlərin mətiqi izahını tapa bilmiriksə o zaman prosesləri bu nəzəriyyələr fonunda təhlil etməliyik.
Onu da əlavə edək ki, ABŞ vətəndaşlarının 100 milyonunun evangelist inancına sahib olduğu bildirilir ki, bu da seçkidə həlledici amildir.
Yaxın Şərqdə baş verən xaotik durum, ABŞ-ın az qala bütün dünyaya sanksiyalar tətbiq etməsi ilə dünyada iqtisadi təlatümlərin yaradılması deyilənlərin əslində boşuna olmadığını göstərir. BMT-nin son toplantısında Türkiyə prezidenti Ərdoğanın "dünyanı xaosa sürükləmək asanadır, amma dünyanın nizamını saxlamaq çox çətindir. Bəzi ölkələr israrla xaos çıxarmağa çalışır... Dünya təhlükəylə qarşı- qarşıyadır", - ifadəsi nəyə hesablanmışdı və kimlərə ünvanlanmışdı?

Putin və cənnət-cəhənnəm məsələsi

Bundan başqa Rusiya prezidenti Vladimir Putinin "Valday" forumunda çıxışı zamanı fikirlərinə diqqət edək: "Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır və o, məhv ediləcək. Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik. Onlar isə sadəcə məhv olacaqlar, çünki hətta tövbə etməyə vaxt tapmayacaqlar".
Maraqlıdır, Putin niyə cənnət və cəhənnəmdən danışır? Beynəlxalq siyasi münasibətlər sistemində dini inanc nə zamandan həlledici rola malik olub, ümumiyyətlə hansısa rola malik olubmu?
Bundan başqa ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürərkən, Türkiyə prezidentinin "bu işin arxasında evangelistlər var", - deməsi təsadüfi idimi?


Tramp üçün FED təhlükəsi


Qlobal oliqarxiya isə təbii ki daha güclüdür və çatışan maraqların dünyaya ciddi təsirləri qaçılmazdır. Onu da nəzərdən qaçırmayaq ki, ABŞ-ı bu səviyyəyə çatdıran və eyni zamanda 22 trilyon borc bataqlığına sürükləyən də qlobal oliqarxiyadır. Çinin isə supergücə çevrilməsi prosesi gedir, bu prosesə dəstək verən dövlətlər isə evangelist Amerikası tərəfindən cəzalandırılır. Təbii ki, bu iddia məntiqsiz görünə bilər. Amma son hadisələrə baxarsaq əslində məntiqi izah tapmaq mümkündür. ABŞ-ın Türkiyəyə qarşı evangelist keşiş Branson üzərindən təzyiqi və digər ölkələrə qarşı sanksiyaları verilən mesaj kimi dəyərləndirilməlidir.
Əvvəlcə qeyd edək ki, Çinin ixracatının 50 faizdən çoxu Çin dövlətinə deyil xarici sərmayəçilərə məxsusdur. Çinin kömür mədənlərinin istifadəsinin Rokfellerlərə məxsus olması faktı məsələnin mahiyyətini anlamaq üçün yetərlidir.
Bütün bu hadisələrin fonunda isə ABŞ prezidenti Donald Tramp "mənim üçün ən böyük təhlükə FED-dir. Çünki o, tez-tez faizləri qaldırır və çox müstəqildir", - deyir. FED-in Amerika dövlətinə məxsus olmadığı və bu qurumun sahiblərinin yeni dnüya düzənində ABŞ-ın supergüc olaraq qalmayacağına qərar verdiyi və bu da ABŞ-ı supergüc olaraq saxlamaqda qərarlı olan, Trampı prezident kürsüsünə əyləşdirən evangelistlərin maraqlarına toxunduğu üçün düşməndir.
ABŞ-ın supergüc olmayacağını təsdiqləyən daha bir fakt isə evangelist Amerikasının Türkiyəyə təzyiqi zamanı Avropa Birliyinin də Türkiyənin yanında yer alması oldu.


Avropa Birliyi ABŞ-a qarşı


Bundan başqa Avropa Birliyi ölkələrini təmsil edən 30 lider və Asiyanın 21 dövlət başçısının Brüsseldə zirvə görüşü mənzərəni bir az da aydınlaşdırır. İki ildən bir keçirilən sammitə bu dəfə məxsusi olaraq Çinin hakim partiyasının ikinci nüfuzlu nümayəndəsi Li Keçianqda qatılmışdı.
51 ölkə lideri ABŞ Prezidenti Donald Trampın təhdidlərinə qarşı Dünya Ticarət Təşkilatının tam dəstək verdiyini bildirib, eyni zamanda iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Qlobal ticarət həcminin 55 faizini təmsil edən liderlər AZAD TİCARƏTİ dəstəkləmək və hər cür müdafiəçi siyasətə qarşı olduqlarını vurğulayıblar.
Qeyd edək ki, Donald Tramp ABŞ-la qlobal ticarətdə olduqca pis davranıldığını və Dünya Ticarət Təşkilatının buna görə məsuliyyət daşıdığını bəyan edib. Bundan sonra ABŞ iqtisadiyyatda özünümüdafiə siyasətinə uyğun olaraq Çinə ticarət sanksiyalar haqqında qərar verib.
1996-cı ildən bu yana iki ildən bir keçirilən zirvə görüşündə Avropa Birliyinin yüksək çinli rəsmilərindən biri belə deyib: "Bu, Avropa Birliyinin Breksitdən daha böyük olduğuna və onun Vaşinqtondan başqa da müttəfiqlərinin mövcudluğuna bir mesajdır".
Toplantıda 2015-ci ildən bu yana qanunsuz yollarla Avropa Birliyi ölkələrinə köç edən qaçqınların sayının 95 faiz azaldığı bildirilib.
Liderlər toplantı zamanı xüsusilə Türkiyə ilə bağlanan qaçqın və köçkünlərlə bağlı anlaşmanın qorunub saxlanması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Avropa Birliyi dövlətlərindən biri də Fransadır. Hansı ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları zamanı Almaniya ilə yanaşı Fransa da Vaşinqtona qarşı çıxmışdı. Fransa prezidenti Makronun xanımı isə Rotşild ailəsinə yaxın bir isimdir. Belə olan halda Fransanın da ABŞ-a qarşı çıxması qlobal oliqarxiya ilə evangelistlər arasında toqquşmaın təsdiqləyən faktorlardan biridir. Avropa Birliyi ölkələrinin "Vaşinqtondan başqa da müttəfiqlərimiz var" ifadəsinin başında isə Çin dayanır.

Nədən konsulluq?

Bütün bu geosiyasi mənzərədən sonra isə Qaşıqçı olayına nəzər salmaq mümkündür. Əvvəlcə bütün dünya mediasının müzakirə etdiyi məsələ Səudiyyə Ərəbistanının nəyə görə, qaşıqçını məhz öz konsulluğunda öldümərsi məsələsidir. Qaşıqçının xüsusi cangüdənləri yox idisə, hər hansı bir yerdə onu öldürtmək omazdımı? Əlbəttə mümkün idi. Belə olan halda nədən konsulluq seçildi? Deməli bu addım kimlərinsə işinə yaramalı idi. Həmçinin Qaşıqçı konsulluqda nəinki öldürüləcəyini, hətta təzyiqə məruz qalacağını 1 faiz belə güman etsəydi ora gedərdimi? Digər tərəfdən Qaşıqçının Səudiyyə hökumətinə qarşı sərt müxalif mövqedə olmadığı da üzə çıxan məsələrlədən biridir. Belə olan halda nədən transmilli KİV Qaşıqçını sərt müxalif jurnalist kimi qələmə verir?
Hadisədən sonrakı proseslər isə daha maraqlıdır.
Hadisədən sonra dünya mediasında müxtəlif iddialar yer almaqdadır. ABŞ-ın Səudiyyə Ərəbistanına verəcəyi 210 milyard dollar 2035-ci ilə qədər dondurulduğu bildirilir. 2035-ci ildə bu məbləğin Səudiyyə Ərəbistanına verilib verilməyəcəyinə qərar veriləcək. Bundan başqa Səudiyyə Ərəbistanının "Apple" daxil olmaqla ABŞ-la birgə fəaliyyət göstərdiyi 46 transmilli şirkətdəki payının ABŞ-a verilməsi ilə bağlı dünya mediasında ididalar var. Bu da 750 milyard dollar məbləğində olan bir vəsait deməkdir.
Digər maraqlı suallar isə silah anlaşması ilə bağlıdır. Stokholm Beynəlxlaq Sülh Araşdırmaları Institutunun (Sipri) məlumatına görə, Səudiyyə Ərəbistanının hərbi büdcəsi 2017-ci ildə dünyada həcminə görə üçüncü hərbi büdcə olub, həmin ildə ölkə ABŞ ilə 110 milyard dollarlıq silah müqaviləsi bağlayıb. Həmin müqavilədə qeyd olunub ki, 10 il müddətində xərclər 350 milyarda çata bilər. Əgər ABŞ Səudiyyə Ərəbistanını bu qətldə günahlandırırsa, o zaman niyə silah anlaşmasını ləğv etmir? Əksinə Tramp silah anlaşmasının davam etdirləcəyinə işarə vurur və bu anlaşma da toplam olaraq 350 milyard dolar həcmindədir. Dərhal qüvvəyə minən müqavilənin dəyəri 110 isə milyard dollardır.

Cəza metodu

Bir müddət öncə isə Tramp Səudiyyə Ərəbistanını asıb kəsirdi. Tramp kral Salmana xitabən "biz olmasaq o taxtda bir həftə belə qala bilməzsən", - deyəndə Səudiyyə Ərəbistanının cəzalandırılacağı bəlli idi...Amma necə? Necəsini isə Vaşinqtondan başqa heç kim bilmirdi və heç kimin ağlına gəlməsi də mümkün deyildi.
Vaşinqtonun Səudiyyə Ərəbistanını niyə cəzalandırması ilə bağlı 2 versiya mövcuddur. Birincisi, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun Çinə investisiya yatırması məsələsidir. Xatırladaq ki, şirkətin vitse-prezidenti Abdulaziz el-Judaimi deyib ki, "Aramco" Çinin şərqindəki neft emalı və neft-kimya layihəsinə sərmayə yatıracaq. Şirkət neft emalı və neft-kimya layihəsində pay sahibi olmağı planlaşdırır: "Zhejiang əyalətindəki neft emalı və neft-kimya layihəsinə sərmayə yatırmaq üçün müqavilə imzalayacağıq".
"Saudi Aramco" layihənin operatoru olan "Zhejiang Rongsheng" şirkəti ilə xam neft tədarükünə dair uzunmüddətli müqavilə imzalayıb. "Rongsheng Holding Group"un 51 faizlik səhmdarı olduğu "Zhejiang Petrochemical" şirkəti 2018-ci ilin sonlarında Çinin şərqində 400 min barrel gücə malik neft emalı və neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır.
Bütün bu faktlar bizə az çox müəyyən təsəvvür imkanı verir. Dünyada nə baş verir, dünyanı xaosa kim sürükləyir, cəbhələşmə nədən ibarətdir və dövlətlərin bu cəbhələşmədə yeri və rolu nədən ibartdir? Bütün bu dettallardan sonra Qaşıqçı olayının mahiyyəti barədə məntiqli fikir yürütmək mümkündür. Qaşıqçı qlobal qətldir və gerçək dünyanın ağlasığmaz cəza metodunun qurbanıdır...


Əli Zülfqaroğlu