Rusiya ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasətini dəstəkləyirmi? Dünya

Rusiya ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasətini dəstəkləyirmi?

Mayın 14-də ABŞ dövlət katibi Mayk Pompeonun Rusiyaya səfəri Kreml üçün gözlənilən idi. Çünki xüsusi müstəntiq Robert Möller mart ayında Donald Trampa “bəraət verməsi” birbaşa ünsiyyət kanallarını bərpa etmək üçün fürsət pəncərəsi açmışdı.
Fələstində “Əsrin müqaviləsi”ni qüvvəyə mindirmək və Suriyada həll tapmaq, daha da mühüm olan İranı dalana dirəmək üçün, ABŞ baxımından, bu vacibdir. “Maksimum təzyiq”i daha effektiv etmək üçün Vaşinqtona Moskvanın dəstəyi və ya ən azı neytrallığı lazımdır. Pompeonun səfəri əhəmiyyətli bir sıçrayışa gətirib çıxara bilməsə də, hər iki tərəfə əməkdaşlıq üçün yolları araşdırmaq imkanı verib. Bu ay ABŞ, Rusiya və İsraildən olan milli təhlükəsizlik məsləhətçiləri arasında üçtərəfli görüş keçiriləcək. Bununla yanaşı, Kreml ABŞ-a xoş məram etməyə hazır olduğunu göstərib.
“Strateq” “Əl-Cəzirə”yə istinadən yazır ki, Pompeo ilə görüşündən sonra Rusiya prezidenti Vladimir Putin ABŞ-la qarşılaşmasında İranın Rusiyaya güvənməməsini ortaya qoyub. “Rusiya yanğınsöndürmə briqadası deyil, bizdən tam asılı olmayan şeyləri xilas etməmiz mümkün deyil. Biz rolumuzu oynadıq…”, – deyə Rusiya prezidenti Soçi mətbuat konfransında bildirib.
İki həftə sonra “Bloomberg” məlumat yayıb ki, Rusiya İranı “S-400” raket sistemi ilə təmin etməyi rədd edib. Hazırda Türkiyə “S-400” alışı ilə bağlı ABŞ-la diplomatik mübarizə aparır və ABŞ istehsalı olan “F-35” döyüş təyyarələrinə qadağa riski ilə üzləşir. Səudiyyə Ərəbistanı kimi digər ölkələr də raket sistemini ABŞ-a qarşı manevr kimi istifadə etmək üçün maraqlarını nümayiş etdiriblər.
Bütün bunlar, “Bloomberg”-in “reddedici” kimi təsvirinin tamamilə doğru olmadığını anlamaqda vacibdir. Siyasi baxımdan başqa, Moskva da “S-400” sifarişlərinin yerinə yetirilməsində əhəmiyyətli texniki çətinliklərə malikdir. Bu mənada, o, sadəcə, İranı təchiz etmək imkanına malik deyil. Eyni zamanda, Moskva ən azı qısa müddətdə İrana təzyiqdə bəzi faydalar görür.
İranın neft ixracının birdən-birə azalması Rusiyadan yüksək neft qiymətlərini saxlamaq üçün neft hasilatını məhdudlaşdıran OPEK-lə “Vyana müqaviləsi”ni ləğv etməyi və hasilat kvotasını artırmağı tələb edir. Enerji nəhəngi “Rosneft” müqaviləni dəfələrlə tənqid edib.
İyulun əvvəlində OPEK və tərəfdaşları 2019-cu ilin ikinci yarısında neft istehsalını müəyyənləşdirmək üçün görüşdükdə, Moskva iddia edə bilər ki, sanksiyalara görə İranın ekspert payı bölüşdürülsün. Bununla yanaşı, Rusiya Suriyada daha çox qazanc əldə etmək üçün ABŞ-Səudiyyə-İsrail oxunun İran əleyhdarlığından istifadə edə bilər. Dəməşqə dəstək verən ikisi olsa da, Moskva son zamanlarda müəyyən strateji sahələrində İranın nüfuzuna mane olmaq və ölkədə öz mövqelərini möhkəmləndirmək üçün hərəkət edir.
Bütün bunlar Rusiyanın ABŞ-ın “maksimum təzyiq” strategiyasını, hətta İranda rejim dəyişikliyini dəstəkləməsi deməkdirmi?
Əslində, yox. İlk növbədə, Moskva Tehranı Yaxın Şərqdə mühüm oyunçu və ABŞ hegemonyasına qarşı qala kimi görür. Bölgəni “çoxqütblü” saxlamaq maraq doğurur.
İkincisi, Suriyadakı fərqlərə baxmayaraq, Rusiya böhranı idarə etmək üçün İrana ehtiyaclıdır. Kreml yaxşı bilir ki, İranın Suriyadan tam çıxışı, sadəcə, mənasıdır. Son 8 ildə iranlılar Suriya rejiminin və silahlı qüvvələrinə o qədər dərin inteqrasiya olunublar ki, onların aradan qaldırılması bütün siyasi və hərbi sistemin iflasına gətirib çıxaracaq.
Üçüncüsü, iki ölkə Xəzəryanı regionda və Mərkəzi Asiyada enerjidən tutmuş təhlükəsizliyə qədər müxtəlif məsələlərdə əməkdaşlıq edir. 1990-cı illərin ortalarında, məsələn, Rusiya İranın yardımı ilə Tacikistanda vətəndaş müharibəsini dayandırmağa müvəffəq olub. 2008-ci ildə, Qərb Gürcüstanla müharibəyə görə Rusiyanı günahlandıranda, İran tərəfdaşının mövqeyini dəstəkləyib. 2018-ci ildə Tehran, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı çərçivə sazişini dəstəkləyib, baxmayaraq ki, bu sənəddə İranın maraqları nəzərə alınmayıb.
Dördüncüsü, Kreml iki dəfə Qərblə daha yaxşı əlaqələr qurmaq üçün İrandan dəstəyini çəkib və hər iki halda istədiyi şeyi ala bilməyib; eyni səhvi üçüncü dəfə təkrarlamaq çətin deyil. 1995-ci ilin iyun ayında ABŞ vitse-prezidenti Al Qor Rusiya baş naziri Viktor Çernomırdinlə 1999-cu ilin sonuna qədər Rusiya silahının İrana satılmaması barədə gizli müqavilə imzalayıb. Bunun müqabilində Kreml ABŞ-dan daha aktiv iqtisadi əməkdaşlıq gözləyib. Bu, baş verməyib, üstəlik, Qor-Çernomırdin müqaviləsinə görə Rusiya 4 milyard dollar dəyərində sərmayə itirib.
2009-cu ildə Dmitri Medvedev və Barak Obama administrasiyaları Rusiya-ABŞ əlaqələrində “sıfırlama” mövzusunda razılaşıblar. Beləliklə, 2010-cu ildə Rusiya İran rəhbərliyinə əvvəlki vədlərə baxmayaraq, “S-300” raket sistemini Tehrana verməməyi qərara alıb. Yalnız 3 ildən sonra ABŞ-la münasibətlər Ukraynaya görə yenidən pisləşib. Həm Rusiya-İran münasibətləri ciddi şəkildə ziyan görüb, həm də Tehranda çoxsaylı etiraz və şübhələr yaranıb.
Beşinci, bu anda ABŞ-ın, həqiqətən, Rusiyaya nə təklif edə biləcəyi aydın deyil.
Moskva ilə münasibətlərin yaxşılaşdırılması Krımın “birləşdirilməsi”, Şərqi Ukraynadakı müharibə və Rusiyanın digər Avropa ölkələrinin daxili işlərinə müdaxiləsi daxil olmaqla, bir sıra əsas məsələlərə Vaşinqtonun yenidən baxması deməkdir.
Bütün bu səbəblərdən görə Rusiyanın ABŞ-İran gərginliyində birincini dəstəkləməsi ehtimalı yoxdur. Mövqeyində kiçik düzəlişlər və ya vasitəçilik təklifindən başqa, Kreml ABŞ-ın səylərini dəstəkləməyəcək.