Tarixçilər Trampı niyə nifrətlə xatırlayacaq? Dünya

Tarixçilər Trampı niyə nifrətlə xatırlayacaq?

ABŞ-la mübahisədə İranı haqlı çıxaran dəlillər
Tramp administrasiyası xarici siyasətinin iflas əlamətlərindən biri budur ki, İranla Obama arasında imzalanan nüvə razılaşması mübahisəsində iranlılar – haqlı, Birləşmiş Ştatları isə siyasi, diplomatik və hətta hüquqi müstəvidə – haqsızdır. Bunu deməklə heç bir sevinc hissi duymuram, çünki Tehrandakı hakim quruluş dünyanın ən iyrənc və amansız rejimlərindən biri sayılır. Amerikalı prezident və üst səviyyə səlahiyyətlilər isə yalançılıqda mollaları ötüb-keçirlər. Hazırkı mübahisə İranın son vaxtlar müqavilənin iki müddəasını pozması (ilk növbədə, uranın zənginləşdirilməsi dərəcəsi, nə qədər nüvə yanacağı toplaya biləcəyi) ilə bağlıdır.
“Strateq” “Slate”yə istinadən yazır ki, ABŞ səlahiyyətliləri deyirlər ki, bu hərəkətlər İranı nüvə silahı proqramını bərpa etmək yoluna qoyub. Bu, birbaşa Birgə Əməkdaşlıq Planı (JCPOA) kimi tanınan sazişlə məhdudlaşdırılıb. Texniki olaraq, səlahiyyətlilər haqlıdır. Ancaq bir neçə məsələ qeyd edilməlidir.
Birincisi, ən açıq şəkildə, İran müqavilənin şərtlərini pozan ilk ölkə deyil. 2018-ci ilin may ayında prezident Donald Tramp ABŞ-ı müqavilədən çıxarıb və beynəlxalq müfəttişlər dəfələrlə iranlıların öz öhdəliklərini yerinə yetirdiyini təsdiqləsələr də, saziş xoşuna gəlmir deyə, Tramp razılaşmanın üstündən xətt çəkib. Bundan sonra o, müqavilənin imzalanması ilə qaldırılan iqtisadi sanksiyaların təkrar tətbiq edilməsi ilə yanaşı, İranla iş görən istənilən ölkəyə, hətta onu imzalamış beş gücə (Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya, Avropa İttifaqı) qarşı qüvvəyə mindirib.
İkincisi, Trampın geri çəkilməsindən sonra da İran razılaşmanı pozmayıb. JCPOA-nın 36-cı bəndində deyilir ki, əgər müqaviləni imzalamış tərəflərdən biri digər tərəfin “öhdəlikləri yerinə yetirmədiyini sayırsa, müəyyən görüşlər və məsləhətləşmələrdən sonra onun öz öhdəliklərinin icrasını dayandırması üçün əsası olacaq”.
Bu açıq mətnlə deyilən sözlərdir. Müqavilədən imtina və sanksiyaların yenidən tətbiqi ilə Tramp ABŞ-ın öhdəliklərini yerinə yetirməyəcəyini açıqlayıb. Trampın əlavə sanksiyalarının altına düşməklə, onların qarşısını almaq üçün səylərə baxmayaraq, Avropa ölkələri də istəksiz olaraq eyni əməli edib. Beləliklə, müqavilənin şərtlərinə əsasən, İranın artıq öhdəliklərini yerinə yetirmək borcu yoxdur.
Üçüncüsü, Tramp bu müqaviləni pozduqdan sonra ondan çıxıb. Hələ 2017-ci ilin iyuluna qədər, ilk G-20 zirvəsində, Tramp müttəfiq liderləri İranla iş qurmağı dayandırmağa məcbur edib. Bu təzyiq 29-cu bəndinin birbaşa pozulmasıdır. Həmin bənddə deyilir ki, ABŞ və sazişi imzalamış digərləri JCPOA-nın müvəffəqiyyətli həyata keçirilməsinə zəmanət vermək üçün öhdəliklərə zidd olmayan şəkildə, İranla ticarət və iqtisadi əlaqələrin normallaşdırılması əleyhinə hər hansı siyasətdən çəkinəcəklər.
G20 yığıncağından əvvəl, prezidentliyə başlamazdan əvvəl, Trampın müqavilədən çəkilmək təhdidləri 29-cu bəndin pozulmasına səbəb olub, çünki ABŞ və avropalı firmalar ticarət və iqtisadi münasibətlərin normallaşmasından çəkinib. ABŞ-ın sazişdən çıxması və sanksiyaların bərpası ilə investisiyaları və kapitalı itirməkdən qorxublar.
Dördüncüsü, İranla işləyən digər ölkələrə qarşı əlavə sanksiyaların qüvvəyə minməsi beynəlxalq hüququn ruhu və bəlkə də mahiyyətinin pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının qərarına əsasən tətbiq edilən sanksiyaları pozan ölkələri və ya şirkətləri cəzalandırmaq yol verilən, hətta düzgündür. Amma JCPOA Təhlükəsizlik Şurasının qətnaməsidirmi? Yox. 2231 saylı qətnamə 2015-ci ilin iyul ayında beynəlxalq hüquq kimi təsdiqlənib və eyni dövrdə ABŞ və digər beş ölkə İranla müqavilə imzalayıb.
Başqa sözlə, Tramp ABŞ iqtisadiyyatının gücünü, xüsusilə də dollarların qlobal maliyyə sahəsindəki üstünlüyünü ABŞ-ın müttəfiqlərinə qarşı, beynəlxalq hüquq normalarını pozmaqla, istifadə edir. Bu, quldurluğa bərabərdir və əgər avropalılar və ya çinlilər öz valyutaları ilə dolların üstünlüyünü pozarlarsa, tarixçilər Trampı İran siyasətinə görə nifrətlə xatırlayacaqlar.
Beşincisi, İranı milli təhlükəsizliyə təhdid kimi göstərərək, Tramp və komandası, taleyin kinayəsi ilə, müqavilənin imzalanması və onun qorunmasının milli təhlükəsizliyin prioriteti oluğunu etiraf edirlər. Tramp JCPOA-nu “tarixin ən pis sövdəsi” kimi daim tənqidə məruz qoyub. Bu iddia doğru olsaydı, İranla müqavilənin pozulması əhəmiyyətsiz olardı. Tarixi ən pis sövdəsinin icrasından daha pis nə ola bilər ki?
Qeyd edək ki, Trampın keçmiş milli təhlükəsizlik qrupu: müdafiə naziri Cim Mattis, dövlət katibi Reks Tillerson və milli təhlükəsizlik üzrə məsləhətçi H.R. MakMaster ABŞ-ın təhlükəsizliyinə xalis mənfəət kimi sazişə sadiq qalmağı məsləhət görüb. Müttəfiq liderləri və İsrailin bir çox hərbi və kəşfiyyat zabitləri də, İrana qarşı etirazlarına baxmayaraq, bunu deyirdilər.
Nəhayət, İranın son zamanlardakı addımlarına baxmayaraq, onlar İslam Respublikasını atom silahına yaxınlaşdırmır. JCPOA İranın uran zənginləşdirməsini 3.67% saflıq səviyyə ilə məhdudlaşdırıb. “Silah dərəcəli” uran zənginləşdirmə səviyyəsi 90 faizlik saflıq səviyyəsinə bərabərdir. Düzdür, laboratoriyada o, 20 faiz təşkil edərsə, qalan zənginləşmə kifayət qədər tez ola bilər. Amma iranlıların 20 faizə çatması üçün uzun müddət lazımdır.
JCPOA çərçivəsində, aşağı zənginləşdirilmiş uranın 98%-ini Rusiyaya ixrac etdikdən sonra sentrifuqaların üçdə iki hissəsi sökülüb, Ərakdakı plutoniumlu reaktorun nüvəsi sementlə örtülüb. Yəni bomba düzəltmək üçün kifayət qədər nüvə yanacağı yoxdur. Başqa sözlə, İran, müqaviləyə uyğun olaraq, geri çəkilməli, amma ABŞ da sövdəyə qaytarmalıdır.
Problem budur ki, hər iki ölkə təhlükəli oyun oynayır. Tramp “maksimum təzyiq” kampaniyası ilə İranı “daha yaxşı” bir müqaviləni müzakirə etməyə məcbur edəcəyinə inanır. Bunun əvəzinə, İranın sərt tənzimçilərinin mövqeyi güclənir. (Trampın mövcud məsləhətçiləri, xüsusilə dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik üzrə məsləhətçi Con Bolton, ümumiyyətlə, heç bir müqavilə istəmir, rejim dəyişikliyinə çalışırlar.)
Bu arada, iranlılar, məhdudiyyətlərin pozulması ilə avropalılarla ayrıca razılığa gələcəyi və onları Vaşinqtondan uzaqlaşmağa məcbur edə biləcəklərini düşünürlər. Onlar Avropa ticarət və maliyyə müəssisələrinin dollara nə dərəcədə bağlı olduğunu dərk etmirlər. Nüvə strateqi Herman Kan bir dəfə böhranı avtomobil yoluna çıxmış toyuğa bənzədib. Amma sürücü də bu oyuna qoşularsa? Bu cür ssenarilər gözümüz önündə canlanır. Kimsə yola çıxıb ya toyuğu qovmalı, ya da maşınları dayandırmalıdır.