“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
7 Oktyabr 2019 11:28
1 925
Türkiyə ordusunun Suriyada, Fərat çayının şərqində hərbi əməliyyata başlayacağı barədə Rəcəb Tayyib Ərdoğanın anonsuna ABŞ münasibət bildirib.
Bununla bağlı Ağ Ev açıqlama yayıb.
Açıqlamada bu mövzunun ötən gün Tramp-Ərdoğan telefon danışığı zamanı müzakirə olunduğu vurğulanıb: "Türkiyə yaxın zamanlarda Suriyanın şimalında uzun müddətdən bəri planlaşdırdığı əməliyyata başlayacaq. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək və əməliyyata daxil olmayacaq".
Açıqlamada ABŞ qüvvələrinin bundan sonra həqiqətən bu bölgələrdə olmayacağı qeyd edilib.
Eyni zamanda Ağ Ev bəyan edib ki, Suriyada ələ keçirilən İŞİD mənsublu vətəndaşlarını geri qaytarmaq üçün Fransa, Almaniya və AB ölkələrinə təzyiq göstərilib, amma bu ölkələr terrorist olan vətəndaşlarına sahib çıxmadan imtina ediblər: "Türkiyə bundan sonra ABŞ-ın son iki ildə bölgədə yaxaladığı İŞİD döyüşçülərinə özü cavabdeh olacaq".
Ağ Evin yaydığı açıqlamaya Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Tvitter hesabından münasibət bildirib: "Türkiyənin kimsənin torpağında gözü yoxdur. Suriyanın ərazi bütövlüyü çərçivəsində yaratmaq istədiyi təhlükəsiz bölgənin iki məqsədi var: Terror ünsürlərini təmizləyərək sərhədlərimizin etibarlılığını və qaçqınların təhlükəsiz qayıdışını təmin etmək. Türkiyə güclüdür və qərarlıdır".