

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
Türkiyə Daxili İşlər Nazirliyi terrorizmdə şübhəli bilinənlərin yaxalanması qarşılığında pul mükafatlarının ödənilməsiylə ilə bağlı yeni qaydalar müəyyən edib.
Məlumat “Rəsmi Qəzet”də dərc olunub. Qərara əsasən, terror fəaliyyətində iştirakçı olanların yaxalanması üçün 200 min lirəyə qədər mükafat veriləcək. Terror təşkilatının liderləri üçünsə bu məbləğ 10 milyon lirədir.
Üstəlik, bir şəxs bir neçə dəfə cinayətlərin açılması və ya terrorçuların tutulmasına yardım edəcəyi halda mükafatın da miqdarı artacaq. Burada daha çox məhv edilən terrorçuların sayı və təhdid səviyyəsi nəzərə alınacaq.