Ermənistandan AİB açıqlaması Dünya

Ermənistandan AİB açıqlaması

Ermənistan hökuməti Avrasiya İqtisadi Birliyinə qoşulmaq barədə hələlik heç bir tarix müəyyən etməyib.
Bunu Ermənistan Prezident Aparatının rəhbəri David Arutunyan jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Nazirlər Kabineti avqustun sonuna qədər Ermənistanın AİB-ə qoşulması ilə bağlı təcili toplantı keçirməyi planlaşdırması barədə məlumatlara gəlincə isə David Arutunyan bunu təsdiqləməyib.
PA rəhbərinin sözlərinə görə, Rusiya Nazirlər Kabinetinin Ermənistanın AİB-ə qoşulması ilə bağlı qəbul etdiyi qərarın Ermənistan hökumətinin verəcəyi qərarla bağlılığı yoxdur. O, bildirib ki, rəsmi İrəvan Birliyə qoşulma tarixini özü müəyyən edəcək.
Qeyd edək ki, avqustun 14-də Rusiya hökuməti Ermənistanın AİB-ə qoşulması ilə bağlı razılığın imzalanmasını ölkə prezidentinə təklif etmişdi. Rusiya Nazirlər Kabineti isə razılığı avqustun 7-də təsdiqləmişdi.