10 Dekabr 2019 12:31
1 477
Fransa ABŞ-ın “Şimal axını 2” layihəsinə qarşı istənilən tədbirinə qarşı çıxır.
Bunu TASS-a müsahibəsində Fransanın Maliyyə və İqtisadiyyat naziri Bruno Lö Mer deyib. O, Fransanın Avropa Birliyinin “Şimal axını 2” layihəsinə münasibətdə hüquqi tətbiqinin müdafiəsini davam etdirdiyini bildirib:
“Paris prinsipial olaraq istənilən eksterritorial tədbirlərə qarşı çıxır. Bu, təkcə “Şimal axını 2” layihəsiylə bağlı məsələ deyil. Fransa bununla bağlı ABŞ rəhbərliyini də xəbərdar edib”.