Consonun bu sözləri 30 milyon nəfərə çatdırılacaq Dünya

Consonun bu sözləri 30 milyon nəfərə çatdırılacaq

Britaniyada koronavirusun yayılması ilə bağlı situasiya daha da pisləşəcək
Bu, Britaniya Baş naziri Boris Consonun xalqa müraciətində yer alıb.
“Biz bilirik ki, vəziyyət yaxşılaşmağa başlamazdan əvvəl pisləşəcək. Biz düzgün hazırlıq aparırıq. Nə qədər çox qaydalara əməl etsək, o qədər az həyat itiriləcək”, - müraciətdə bildirilib.
Qeyd edək ki, Consonun müraciəti məktub halına salınaraq Britaniyada təxminən 30 milyon nəfərə çatdırılacaq. Bunun üçün büdcədən 5,8 milyon funt sterlinq ayrılacaq.