Koronavirus nə zaman bitəcək? Dünya

Koronavirus nə zaman bitəcək?

Dünyada koronavirusa yoluxanların sayı səürtlə artdığı zamanda alimlər bu pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı proqnozlar qurur.
Kimya üzrə Nobel mükafatı laureatı Maykl Levit xəstəliyin tezliklə sonlanacağını güman edir.
Levitin fikrincə, əsas olan panikanın idarə olunmasıdır. O, qlobal mənada “hər şeyin yaxşı olacağı”nı proqnozlaşdırır. Epidemioloqlar aylarla, illərlə xəstəliyə qarşı mübarizə aparılacağını bildirsələr də, kimyaçı virusun iyun ayına qədər ömür sürəcəyini və xüsusən, sosial izolyasiya tədibrləri həyata keçirən ölkələrdə yayılmayacağını əlavə edib.
Ümumdünya Səhiyyə Təşkilatı baş direktorunun müavini, 30 ildən artıq müddətdə poliomielit, Ebola və s. xəstəliklərə qarşı mübarizə aparan Brüs Eylvard isə COVİD-19 barədə çox şeyin eləm məlum olmadığını deyir. Onun sözlərinə görə, virus yalnız yaşlılar üçün deyil, gənc insanlar üçün də həyati təhlükə mənbəyidir.
“Virusun Qərbə doğru yayıldığı halda, məni ən çox məyus edən bu gənclərin koronavirusdan qorxu hissinin olmamasıdır. Halbuki heç də belə deyil. İtaliyada intensiv terapiyada yatan şəxslərin 10%-inin yaşı 20-40 arasındadır. Onlar sağlam və heç bir xroniki xəstəliyi olmayan insanlardır. Bilmirik, niyə bəzi gənclərdə xəstəlik inkişaf edir, onlar ölür amma digərləri isə onu asanlıqla keçirib, sağalırlar”.
O, COVİD-19-a qarşı vaksinin 2021-ci ildə tapılacağına ümidiyini ifadə edib və əsas 3 tədbirin görülməsini önə çəkib.
“Test etmək, test etmək və bir daha test etmək. Amma hər kəsi yox, şübhə doğuran şəxsləri test etmək lazımdır. Sonra təsdiqlənmiş halları effektiv şəkildə izolyasiya etmək. Və nəhayət, karantin tədbirləri.”
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Ekspert Komissiyasının sədri Çjun Nanşanya virusun yayın əvvəllərinə qədər yayılmasını gözləyir.
Şanxay ekspert qrupunun rəhbəri və dünyanın aparıcı virusoloqlarından sayılan Çjan Venxun isə proqnozlarının elə də nikbin olmadığını deyib.
“Virusun peyda olub, yox olması 1 yaxud 2 il çəkəcək. Koronavirusun qarşısını qısa zamanda almaq üçün alınan tədbirlər çox radikal olmalıdır. Əgər bütün dünyada hərəkət 4 həftəlik dayansaydı, birusun qatşısını tam almaq olardı. Amma belə addımın olacağını təsəvvür etmək mümkün deyil”.
Avropada ekspertlər xəstəliyin 3 aya qədər davam edəcəyini düşünürlər. Amma onlar koronavirusun ikinci dalğasından ehtiyat edirlər.
London gigiean və tropik müalicə məktəbinin direktoru Piter Piot virusun ikinci dalğasının noyabr ayında başlayacağını düşünür.
Virusa qarşı ilk növbədə vaksin olması xüsusi önəm kəsb edir. Amma Harvard Universitetinin İnfeksion Xəstəliklərin Dinamikası Mərkəzinin rəhbəri Mark Lipsiç bunun üçün 1-2 il vaxrın tələb olunacağını, həmin müddət ərzində planetin 20-60%-nin virusa yoluxa biləcəyini proqnozlaşdırır.
Rusiyanın baş epidemioloqu Nikolay Briko isə isti havalar düşərsə, virusun 100 gündə məhv olacağına ümid bəsləyir.
“Aprel-may aylarında stabil hava şəraiti gəlsə, virusun qarşısını yayda ala bilərik”.