
Türk yüzili başlayır
15:24
Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 105 222-yə çatıb, son sutka ərzində burada 4075 nəfərdə virusa yoluxma halı aşkar edilib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yenilənmiş hesabatına əsasən, virusdan ölənlərin sayı 263 nəfər artaraq 7288-ə çatıb. Bazar gününə qədər ölkədə koronavirusa yoluxmuş 42 991 nəfər sağalaraq xəstəxanaları tərk edib.
Braziliyada virusun episentri San-Paulo ştatı hesab olunur. Burada 32 mindən çox yoluxma və 2,6 mindən çox ölüm faktı qeydə alınıb.