“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
22 Dekabr 2020 12:51
3 759
Ermənistanda ümummilli tətil və itaətsizlik aksiyaları başlayıb.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, "Vətəni Xilas Hərəkatı"nın yaydığı bəyanatda bildirilib ki, təxminən 20 şirkət Ermənistanda elan olunan ümummilli tətil və itaətsizlik aksiyalarına qoşulub.
Hərəkata qoşulanlar arasında "Erməni Milli Səhiyyə Şurası" koalisiyası, Erməni Restoranları Assosasiyası, "E.V. Partners", "Belis Armenia" hüquq şirkəti, "Calista Voyage" turizm şirkəti, "Bohemian Resort", "Hot Tours" şirkətləri, "Aksiom Med", "Volten Arma Group" klinikaları, "Saak korp", "Arminvest Group", "Deck", "Favorite", "Rogue", "AG home", "Hotel Flour" məhdud məsuliyyətli cəmiyyətləri var.
"Tətilə qatılan şirkətlər də Nikol Paşinyanın sosial və iqtisadi siyasəti sayəsində ölkənin iqtisadi çöküş ərəfəsində olduğuna əmindir", - deyə hərəkatın bəyanatında bildirilib.
Qeyd edək ki, bu gün "Vətəni Xilas Hərəkatı" Respublika meydanında Baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinq keçirəcək.