4 Noyabr 15:45
12 Mart 2021 09:30
1 099
İsveçin vəliəhd şahzadəsi Viktoriya və onun həyat yoldaşı şahzadə Daniel yeni növ koronavirusa (COVİD-19) yoluxublar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kral sarayının press relizində deyilir.
Məlumatda bildirilir: "Çərşənbə günü, martın 10-u vəliəhd şahzadə Viktoriya və şahzadə Daniel vəliəhd şahzadədə soyuqdəymə əlamətləri aşkarlandıqdan sonra karantinə alınıblar. Daha sonra məluma olub ki, cütlük koronavirusa yoluxub".
Qeyd edilir ki, vəliəhd şahzadə və onun həyat yoldaşında xəstəliyin yüngül simptomları müşahidə edilir, hazırda onlar özlərini yaxşı hiss edirlər.
4 Noyabr 20:56
1 099
4 Noyabr 20:01
1 071
4 Noyabr 19:27
973