Tramp Kiyevə edilən yardıma görə kompensasiya tələb edir
20 İyun 11:25
20 İyun 11:25
20 İyun 10:38
4 İyun 2021 09:26
2 366
Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa qarşı "AstraZeneca" şirkətinin istehsal etdiyi vaksinin ikinci dozasını vurdurub.
"TASS"ın verdiyi məlumata görə, bu barədə Krallığın hökumət rəhbərinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, B.Conson peyvəndin ikinci dozasını Londonun mərkəzindəki Kinq-Kross dəmiryolu stansiyasının yaxınlığında yerləşən Frensis Krik adına İnstitutda vurdurub.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri koronavirusa qarşı peyvəndin ilk dozasını martın 19-u müqəddəs Tomas xəstəxanasında vurdurmuşdu.