Qatilin statusu Dünya

Qatilin statusu

Türkiyəni qarışdıran Özgecan Aslanın qatili Suphi Altındöken törətdiyi hadisədən sonra Facebook səhifəsində son paylaşması hiddətlərə səbəb olub.
Qatil Suphi Altındöken sosial şəbəkədə "Nə cəzamız varsa çəkərik, İnşallah!", - deyə status paylaşıb.
Bu statusu oxuyan hər kəs hiddətlənib. Həmin statusa minlərlə insan şərh yazıb. Yazılan şərhlərin hamısı söyüş təhqir və təhdidlər olub. Çoxu gənclərdən ibarət olan həmin şəxslər Suphi Altındökenə edam cəzasının verilməsini tələb ediblər. Bir çoxu isə onun sərbəst buraxılmasını və xalqın əlinə verilməsini istəyib.
Hətta şərh yazanlardan bəziləri Suphi Altındökeni öldürməyi özlərinə şərəf olduğunu yazıblar. Bəziləri onu öldürüb, həbsxanaya düşməyi belə istədiklərini yazıblar. Gənclərdən çoxu onun üçün xüsusi edam üsulları da təklif ediblər.
Xatırladaq ki, Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə bibər qazı töküb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub. Özgecan Aslan cinayəti ilə bağlı qatilə yardım edən 3 nəfər Suphi Altındöken, Necmettin Altındöken ve Fatih Gökçe həbs edilib.