Putinin imperiya planı Dünya

Putinin imperiya planı

Rusiya yenidən imperiya olur və dünya səhnəsinə qayıdır. Sovet İttifaqı dağılandan sonra Rusiya dövləti və cəmiyyəti israrla bu hədəfə doğru gedir. Bunun üçün lazımi maddi baza yaradılır, təbii resurslardan iqtisadi inkişaf üçün lazımi formada istifadə olunurdu. Misirin "Al Ahram" nəşri Putinin imperiyaya gedən yolundan yazıb.
1991-ci ildə Rusiya faciəli vəziyyətdə idi. Ölkənin siyasi elitasını iki ciddi sual həyəcanlandırırdı. Bu vəziyyəti necə düzəltmək və yeni Rusiyanı necə qurmaq? Bu iki suala cavab verməzdən əvvəl başqa məsələləri həll etmək vacib idi: Rusiyanın milli maraqları, imkanlar, maddi və təbii resurslar, mənəvi güc. Bütün siyasi elita Rusiyanı yalnız imperiya kimi görürdü. Nəşr yazır ki, 2000-ci ildən sonra Putin milli strategiyanı ortaya atdı. Bu, bir sıra əsas məqamları özündə birləşdirir.
Birincisi, Rusiyanın xüsusi missiyası. Bu missiya böyük imperiya olmaqla nəticələnir. Rusiya tarixi boyunca bundan ilham alır. Çünki imperiya olmaq onun tək inkişaf yoludur.
İkincisi, geosiyasi və sivilizasiya amillərinə əsaslanan və onların üstünlüklərindən istifadə olunan regional siyasət. 2000-ci ildən başlayaraq Putin yeni imperiyanı yaratmağa başlayır: Sərhədləri Avropada Asiyaya qədər uzanan Avrasiya dövləti. Hər şey Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında imzalanan kollektiv təhlükəsizlik müqaviləsindən başladı. Bu ölkələr arasında 2012-ci ildə vizasız rejim tətbiq olundu, vahid valyuta məsələsi üzərində danışıqlar başladı. Rusiya bir gün böyük imperiya olacağını düşünür. O böyük regional layihələri reallaşdırmağa başladı. Bu yolda Putinin əsas missiyalarından biri də Cənubi Qafqazı tamamilə öz ovcuna almaqdır. Məhz bunun üçün Rusiya Azərbaycanı heç vaxt itirmək istəmir. Bakı ilə daim güzəşt və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Dünyanın neftin istehsalında əsas qüvvələrdən olan Rusiyaya öz tərəfdaşı hesab etdiyi Azərbaycanın da neft bazarında rolunun artması sərf edir. Bu, həm də Moskvaya öz fövqəlgücünü qaytarmaq üçün lazımdır.
Nəşr Rusiyanın imperiya yolunun olduqca spesifik olduğunu qeyd edir. Kreml ürəkdən inandığı bu yolda bütün vasitələrdən istifadə etməyə hazır görünür. Moskva hər şeydən öncə "Çin əjdahası" ilə dostluq münasibətlərinin yaradılmasına nail oldu. Eyni zamanda, bütün qitələrlə əməkdaşlığı davam etdirdi və Rusiya dünya səhnəsinə qayıtmağı bacardı. Onun uğuru həm də iqtisadi inkişafını dirçəltməsi ilə də hesablanır.