6 Noyabr 17:56
6 Noyabr 16:50
23 İyul 2021 15:01
4 144
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 25-də Bakıya gələcək.
AK Partiyadan verilən məlumata görə, ötən ay Ankarada AK Partiya ilə Yeni Azərbaycan Partiyası arasında imzalanmış Əməkdaşlıq Protokolundan sonra keçiriləcək səfər çərçivəsində Azərbaycanın Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Baş nazirin müavini Əli Əhmədov, eləcə də Azərbaycanın digər rəsmiləri ilə görüşlər olacaq. Bu görüşlərdə AK Partiya ilə Yeni Azərbaycan Partiyasının Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə ediləcək.
Səfər çərçivəsində “Milli mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni fürsətlər” adlı konfrans keçiriləcək.
Səfər birgə mətbuat konfransı ilə başa çatacaq.
6 Noyabr 22:02
742
6 Noyabr 20:57
875
6 Noyabr 19:50
945