Donetskin azad olunacağı tarix açıqlandı Dünya

Donetskin azad olunacağı tarix açıqlandı

Leonid Kuçma: "Donbasa muxtariyyət veriləcək, amma…"

Cavid

Bunu Donetsk əyalətinin qubernatoru və eks milyarder Sergey Taruta söyləyib. Onun sözlərinə görə, avqustun sonunda Donetskin azad edilməsi planlaşdırılmışdı: "Donbasdakı münaqişənin qarşısını almaq mümkün idi" deyimi, sadəcə, illüziyadır. Hadisələrin inkişafı göstərir ki, biz problemi aradan qaldırmaq istəyən kimi qonşularımız tərəfindən yeni təcavüz baş qaldırdı. Biz avqustun sonunda Donetski azad etməyi planlaşdırmışdıq. Çünki bizə elə gəlirdi ki, bizim yetərincə gücümüz var. Lakin bunun qarşılığında biz nə əldə etdik? Ağır nəqliyyat vasitələri və ağır silahın yeni növləri Ukraynaya daxil oldu. Eyni süjet Debaltsevoda da baş verdi".
Ukraynanın eks-prezidenti Leonid Kuçma isə söyləyib ki, Donbasa muxtariyyət veriləcək: "Bu gün dünyada heç kim Donbasda professional rus döyüşçülərinin ən müasir silahlarla vuruşduğuna şübhə etmir".
O, ABŞ-ı da Donbas danışıqlarında iştirak etməyə dəvət edib: "Əgər bu, Ukraynanın daxilində olan sırf vətəndaş müharibəsi olsaydı, bu müharibə ötən ilin avqust ayında başa çatardı. Donbasdakı əhali Rusiyaya qoşulmaq istəmir. Kiyev Donbas sərhədini blokadaya salandan və separatçıları məhv edəndən sonra Donbasa muxtariyyət verməyə hazırdır".
Bu arada Gürcüstanın eks-prezidenti, hazırda Ukrayna prezidenti Petro Poroşenkonun müşavir Saakaşvili ABŞ-ı Ukraynaya silah göndərməyə çağırıb ki, Ukraynanı döyüş silahı ilə təmin etsin.
O, Senatın Xarici Əlaqələr Komitəsində çıxış edib, deyib ki, Ukraynaya tank əleyhinə silah kimi silahlar lazımdır və bu, "Rusiyanın irəliləməsini" önləmək üçün gərəkdir. Onun sözlərinə görə, bu silahlarsız, Ukrayna daha ölkə kimi mövcud ola bilməyəcək.
Saakaşvili Ukraynanı silahlandırmaq üçün Birləşmiş Ştatların Avropa müttəfiqləri ilə işləməli olmasına dair arqumentləri də rədd edib, deyib ki, Almaniya bu siyasətə razılaşan deyil.
Saakaşvilinin fikrincə, Rusiya Ukraynanın cənubunda və şərqində daha çox ərazi tutacaq və Kiyev hökumətini devirməyə çalışacaq.
"DXR"in müdafiə nazirliyinin rəsmisi Eduard Basurin isə açıqlama verib ki, "Donetsk Xalq Respublikası"nın əlindəki bütün silahlar Ukrayna ordusunun atıb getdikləri silahlardır.
O, Rusiyanın onlara silah göndərmədiyini bildirib: "Rusiya bizə silah göndərmir. Donetsk Xalq Respublikasının əlindəki bütün silahlar Ukrayna ordusunun atıb getdikləri silahlardır. Biz həmin silahları yığıb, xüsusi məkanlarda təmir edirik. Daha sonra isə Donetsk ordusuna təhvil veririk".
Qeyd edək ki, Qərb Rusiyanın Ukraynanın şərqindəki separatçıları silahla təmin etdiyini iddia edir. Rusiya rəsmiləri isə bu iddiaları daima yalanlayır.
ABŞ xarici siyasət şurasının elmi əməkdaşı Stiven Blank növbəti məlumatında qeyd edib ki, Donbasda qərarlaşan separatçı və Rusiya ordu hissələrinin sayı 43 min nəfəri keçib.
O, bu haqda 4 martda Konqresdə çıxışında deyib.
Blank qeyd edib ki, rus hərbi birləşmələri ən son model tanklara, zirehli maşınlata yüzlərlə raket qurğusuna sahibdir. Yaraqlılar müasir radioelektron mübarizə vasitələrindən istifadə edir.
Bundan əlavə Krımda 29,4 min, Ukrayna sərhədində 55,8 min nəfər rus əsgəri var.