Türkiyədə son sutkada koronavirusdan 25 160 nəfər sağalıb Dünya

Türkiyədə son sutkada koronavirusdan 25 160 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 206 nəfər vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 353 324 nəfər test edilib, 27 188 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 25 160 nəfər sağalıb.