“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
6 Oktyabr 2021 09:08
2 142
“Ukrayna və Gürcüstan gec-tez NATO-ya daxil olacaq, lakin bu sabahın məsələsi deyil”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brukinqs İnstitutu ilə Corctaun Universitetinin birgə təşkil etdiyi onlayn tədbirdə bildirib.
“Bu barədə dünən ABŞ Prezidenti Co Baydenlə danışığım zamanı da demişəm: Səylərimizi artırmalı və NATO-ya qoşulmaq istəyən bu ölkələr üçün daha çox iş görməliyik”, deyə baş katib vurğulayıb.
Stoltenberqin sözlərinə görə, hər iki ölkə NATO-dan daha çox dəstək almalıdır: “Bu ölkələrin korrupsiyaya qarşı mübarizə və lazımi islahatlar aparmaq üçün də köməyə ehtiyacları var. Rusiya da daxil olmaqla, digər ölkələr Gürcüstan və Ukraynanın ittifaqa qoşulmaq istəyinə təsir etməməlidir”.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı bəyan etmişdi ki, ölkəsi alyansa daxil olmasa, NATO daha zəif olacaq.
12 Dekabr 23:14
2 107
12 Dekabr 22:22
1 967
12 Dekabr 21:15
2 240