ABŞ Şimali Koireyanın raket sınağından narahat qalıb Dünya

ABŞ Şimali Koireyanın raket sınağından narahat qalıb

Amerika Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) bildirdiyinə görə, ABŞ ordusu Şimali Koreya raketlərinin atılmasından xəbərdardır və bu mövzuda Cənubi Koreya, Yaponiya və digər müttəfiqlərlə məsləhətləşmələr aparır.

“Xalq Cəbhəsi” xəbər verir ki, bu barədə komandanın internet saytında yazaılıb.

ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının açıqlamasına görə, ABŞ ordusu KXDR-in raket buraxılışlarını pisləyib, lakin ABŞ və müttəfiqləri üçün heç bir təhlükə olmadığını bildirib.
"Amerika Birləşmiş Ştatları bu hərəkətləri qınayır və KXDR-i hər hansı bir sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırır. Bu hadisənin ABŞ personalı, milli ərazisi və ya müttəfiqlərimiz üçün dərhal təhlükə yaratmadığını qiymətləndirməyimizə baxmayaraq, vəziyyəti izləməyə davam edəcəyik. ABŞ-ın Koreya Respublikası və Yaponiyanı qorumaq öhdəliyi sarsılmaz olaraq qalır”.

Cavid